SON XƏBƏR

Ərdoğan: Türkiyə turizm sahəsində dünya lideri olacaq

Fevral 09
16:41 2016
Türkiyə turizm sahəsində dünya lideri olacaq.
 
Türkiyə mətbuatı xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan deyib. Ölkə prezident vurğulayıb ki, Ədalət və İnkişaf Partiyasının 13 illik hakimiyyəti dövründə ölkə turizm sahəsində böyük uğurlar qazanıb.
 
Ərdoğan eyni zamanda onu da qeyd edib ki, ölkəyə gələn turistlərin sayının artması üçün bütün imkanlardan istifadə edəcəklər. Türkiyənin Statistika İnstitunun məlumatına görə, ötən il ölkəyə 29,6 milyon turist gəlib ki, bu gəstəricinin 12,4 milyon nəfəri İstanbulun payına düşür.
 
2015-ci ilin üçüncü rübündə Türkiyənin turizmdən gəlirləri 12,2 milyard dollar təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook