Ərdoğan Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılmasını təsdiqləyib
Noyabr 02
10:46
2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib.
APA xəbər verir ki, Ərdoğan bununla bağlı sərəncam imzalayıb.
Sərəncam "Resmi Gazete”də dərc edilib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub və qəbul edilib.



