SON XƏBƏR

Ərdoğan- "...sözün bitdiyi yerdəyik".

Noyabr 14
08:51 2015
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada baş vermiş terror aktlarına münasibət bildirib.
 
"Anadolu" agentliyinə istinadən xəbər verir ki, G-20 sammitində iştirak etmək üçün Antalyaya gedən Türkiyə prezidenti mətbuat konfransı keçirib. O, bəyan edib ki, Parisdəki qanlı hadisələr tək Fransaya yox, bütün dünyaya çağırışdır: "Biz bu barədə çoxdan danışırıq, təhlükənin reallığını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Hadisələr bizim bu məsələdə haqlı olduğumuzu göstərdi. Terrorla mübarizədə sözün bitdiyi yerdəyik".
 
Ərdoğan Türkiyədə və digər ölkələrdəki terror aktları arasında paralel aparıb: "Terrorun milliyəti, vətəni, dini yoxdur. Pis və yaxşı terrorçu da yoxdur. Bütün terrorçular eyni aqibətə layiqdirlər. Biz Türkiyə dövləti olaaq, hər zaman terrora qarşıyıq və sona qədər mübarizəmizi davam etdirəcəyik".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook