SON XƏBƏR

Ərdoğan: "Sübut edə bilməsəniz, alçaqsınız"

Fevral 28
01:17 2016
Mənim 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər. Bunu sübut edə bilməsəniz, alçaqsınız.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə büdcə müzakirələri zamanı HDP-dən olan millət vəkillərinin irəli sürdükləri "Ərdoğanın 3 milyard dollarlıq sərvəti var” iddialarına münasibət bildirərkən deyib.
 
"Dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı PKK-nın köləsinə çevrilən partiya (HDP) mənsubları yenə ləyaqətimə toxundular. Hər müzakirələrdə prezidentə hücum edirlər. 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər. Mən burdan o alçaqlara demək istəyirəm ki, bu iddianızı sübut etməlisiniz.
 
Bəralərində mənəvi təzminatla bağlı cinayət işi açılacaq. Baş nazir olduğum dövrdə də mənə qarşı belə böhtanlar atıldı. O zaman müxalifətin rəhbər şəxsinə dedim ki, sübut edə bilməsən, alçaqsan. Olmayan şey sübut edilə bilməz”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook