Ərdoğan Rəisi ilə altılıq platformasını müzakirə edəcək
İyul 08
10:41
2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər proqramı açıqlanıb.
"Report” "TRT Haber”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri İran Prezidenti İbrahim Rəsii ilə görüşəcək.
Liderlərin altılıq platforması (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın əməkdaşlığı üçün təklif olunan format) barədə fikir mübadiləsi aparacaqları da gözlənilir.
Bundan başqa, R.T.Ərdoğan və İ.Rəisi Suriyadakı durumu, Rusiya ilə Ukrayna arasında davam edən müharibəni və digər məsələləri də müzakirə edəcəklər.



