Ərdoğan Qlazqo İqlim Sammitində iştirak etməyəcək
Noyabr 01
13:08
2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək iqlim dəyişikliyi ilə bağlı sammitdə iştirak etməyəcək.
"Report”"Anadolu”ya istinadən xəbər verir ki, buna səbəb kimi Şotlandiyanın bir sıra protokol məsələləri razılaşdırmamasıdır.
Bildirilib ki, sammitdə çıxış edəcək liderlərin siyahısında Rəcəb Tayyib Ərdoğanın adı yoxdur.



