SON XƏBƏR

Ərdoğan-Putin görüşünün gündəliyi açıqlandı – 1 saatlıq müzakirə olacaq...

İyul 03
14:11 2024
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Ərdoğan bu gün Astanada bir saatlıq görüş keçirəcəklər. Görüşdə Ukrayna və Suriyadakı münaqişələr müzakirə olunacaq.

"AzPolitika” xəbər verir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Kreml nümayəndəsi vurğulayıb ki, Moskva Suriyada sülhün bərqərar olması prosesinə önəm verir.

"Rusiya bunun üçün çox səy göstərdi, biz qonşu dövlətlərlə bu prosesin daha da uğurlu inkişafına imkan yaradan təmasları alqışlayacağıq”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Putin və Peskov Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitinin iki günlük sessiyasında iştirak edirlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook