Ərdoğan ömürlük həbs edilmiş general-leytenantı əfv etdi

May 03
13:30
2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif cinayətlərdə təqsirli bilinən 4 nəfərin cəzasını əfv edib.
Bu barədə qərar "Resmi Gazete”də dərc olunub.
Qərarla 28 Fevral Məhkəməsi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilən keçmiş general-leytenant Çetin Saner və ağırlaşdırılmış ömürlük həbs cəzası alan Mehmet Emin Alpsoyun cəzaları qocalıqları səbəbi ilə ləğv edilib.