SON XƏBƏR

Ərdoğan ilə Obama bazar günü görüşəcək

Noyabr 13
11:25 2015
Antalyada keçiriləcək G20 Sammiti çərçivəsində bazar günü ABŞ prezidenti Barak Obama Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
 
Qlobalinfo.az Trend-ə istinadən verdiyi xəbərə əsasən, Ağ Ev təmsilçisi Ben Rodes bildirib ki, Obama bazar günü Antalyaya gəldikdən sonra Ərdoğanla görüş keçirəcək. Görüş zamanı İD ("İslam Dövləti") ilə mübarizə və Suriyadaki vəziyyət müzakirə olunacaq. Rodes həmçinin qeyd edib ki, bazar ertəsi Obama G20 Sammitinin açılış mərasimində iştirak edəcək, Avropa dövlətlərinin liderləri ilə görüşəcək.
 
Görüş zamanı İD ("İslam Dövləti") ilə mübarizə və Ukraynada vəziyyət müzakirə olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook