SON XƏBƏR

Ərdoğan Gəncədə bu açılışda da iştirak edəcək...

Fevral 14
11:20 2016
Xəbər verdiyimiz kimi fevralın 18-də Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Bu dəfəki toplantı Bakıda deyil, ölkənin ikinci paytaxtında-Gəncədə baş tutuacaq.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətinin Gəncə şəhərinin görməli yerlərini də ziyarət edəcəyi gözlənilir.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, səfər əsnasında Ərdoğan Gəncədəki İmamzadə türbəsinin təmirdən sonrakı açılışında da iştirak edəcək. Bununla bağlı kompleksdə son tamamlama işləri sürətlə davam etdirilir və ətraf ərazilərin abadlaşdırılması istiqamətində tədbirlər görülür.
 
Xatırladaq ki, Ərdoğanın fevralın 18-də Azərbaycana səfər edəcəyini ölkə mediası içərisində ilk dəfə Moderator.az diplomatik kanallardan əldə etdiyi məlumata əsasən yaymışdı.
 
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook