Ərdoğan Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanunu imzalayıb
Noyabr 18
10:12
2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb.
Trend bu barədə "Resmi gazete"yə istinadən məlumat verir.
Qeyd edək ki, layihə parlamentin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.



