Ərdoğan 50 nəfərlik yeni şura yaradır
Fevral 26
14:38
2016
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 35 sektorun nümayəndəsi, 6 nazir və dövlət qurumlarının da təmsil olunacağı şura yaradır.
Avropa.info xəbər verir ki, bütün dövlət qurumlarının təmsil olunacağı 50 nəfərlik şura İqtisadiyyat və Xarici Ticarət Şurası adı altında fəaliyyət göstərəcək.
İqtisadiyyatla bağlı işlər həyata keçirən bütün nazirliklərin təmsil olunacağı şura 3 aydan bir toplanaraq baş vermiş dəyişiklikləri və görüləcək işləri müzakirə edəcək.
Prezident Ərdoğan ölkə problemlərinin nəzarət altına alınması və həll edilməsi üçün yeni bir iş strategiyası qurur.
Prezidentin bu layihə ilə bağlı ilk fərmanı, "İqtisadiyyat və Xarici Ticarət Şurası"-nın qurulması ilə bağlı olub.
Prezident administrasiyasına bağlı olan ilk şurada, 50 nəfər üzv olacaq. Özəl sektoru təmsil edən 35 tanınmış simanın da kimliyi müəyyən olunub. İqtisadiyyatla bağlı bütün nazirlər və təşkilatlar da şuranın üzvü sayılacaq. 3 aydan bir toplanacaq şuranın iclaslarında prezident Ərdoğan da istədiyi vaxt iştirak edəcək.
Şura, özəl sektorun tələbləri, problemləri və ümumi iqtisadiyyatın planlaşdırılması ilə bağlı işlər görəcək, qərarlar qəbul edəcək. Bu qərarlar və prioritet məsələlər üç aydan bir hesabat halında hökumətə təqdim olunacaq.
Qəbul olunan qərarlar, hökumətə tövsiyə mahiyyətində olacaq.
Qərarın icra olunub olunmaması isə hökumətin əlində olacaq.
Prezident administrasiyasından verilən açıqlamada eyni sistemlə fəaliyyət göstərəcək 4 müxtəlif şuranın da qurulması nəzərdə tutulur.
Ədliyyə, energetika, təhsil, insan hüquqları ilə bağlı işlər görəcək 4 yeni şuranın da yaradılması planlaşdırılır.
Qlobal.az



