Əraqçi ABŞ ilə nüvə danışıqları üçün Omana yola düşüb
Fevral 06
07:09
2026
İranın xarici işlər naziri Abbas Əraqçi Tehrandan Omanın paytaxtı Masqata yola düşüb.
"Report" bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.
Bundan əlavə, sözçü bildirib ki, keçmişin acı təcrübələri, o cümlədən öncəki öhdəliklərin pozulması unudulmayıb: "Biz həmişə özümüzü İran xalqının hüquqlarını müdafiə etməyə borclu hesab edirik. Eyni zamanda, İran xalqının maraqlarını təmin etmək və regionda sülh və əmin-amanlığı qorumaq üçün diplomatiyadan istifadə etmək imkanını əldən verməmək məsuliyyətimiz var".



