Enrike İqlesiasın qucağına atılan qız azərbaycanlı deyil – FOTO
İyun 20
09:05
2016
Lantseloni özünün Instagram səhifəsində müğənni ilə qucaqlaşdığı şəkli paylaşıb.
Bakıdakı konserti zamanı Enriki İqlesiasın qucağına atılan qızın italyan olduğu məlum olub. 15 yaşlı əcnəbinin adı Roberta Lantselonidir.
Bu barədə Qlobal.az Day.az-a istinadən xəbər verir.
Məlumata görə, qızın akkauntu tamamilə İqlesiasa həsr edilib. Lantseloni özünün Instagram səhifəsində müğənni ilə qucaqlaşdığı şəkli paylaşıb və həyatı boyu unutmayacağı xatirələrə görə ona minnətdarlığını bildirib.
Xatırladaq ki, iyunun 18-də, dünya şöhrətli müğənni Enrike İqlesias Dənizkənarı Milli Parkda konsert proqramı ilə çıxış edib.
Konsert zamanı müsiqiçinin gənc pərəstişkarlarından biri səhnəyə çıxaraq onun qucağına atılıb. Mühafizəçilər qıza mane olmağa çalışıblar, lakin E.İqlesias fanatını qucaqlayaraq onlardan geri çəkilmələrini xahiş edib.
Yerli sosial şəbəkə istifadəçiləri qızı azərbaycanlı zənn ediblər.