Energetika Agentliyindən hesabat Neft bahalaşa bilər
Fevral 22
22:57
2016
Neftin qiymətlərinin artmasını 2017-ci ildə enerjidaşıyıcılar bazarında tələb və təklifin balanslaşmasından sonra gözləmək olar.
AzNews.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) hesabatında deyilir.
Hesabata əsasən, 2014-2015-ci illərdə neftin hasilatı tələbatı günə müvafiq olaraq 0,9 və 2 milyon barel üstələyirdi.
2016-cı ildə isə bu uyğunsuzluq günə 1,1 milyon barel səviyyəsində təşkil edəcək. Bu göstəricinin düzəlməsini yalnız 2017-ci ildə müşahidə etmək olacaq.
BEA-nın sənədində qeyd olunur ki, 2015-ci ildə dünyanın neftə tələbatı günə 94,4 milyon barel təşkil edib.
2019-2020-ci illərdə isə bu tələbat psixoloji hədd kimi ehtiyac duyulan 100 milyon barel nefti aşacaq.
Qlobal.az