Əmrah Səfərov 63 minlik mənimsəmədə ittiham olunur
Oktyabr 19
14:07
2023
1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru Əmrah Səfərov barəsində cinayət işi başlanılıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunur. Onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alır.

Qlobal.az