SON XƏBƏR

“Əmr et axşam namazını Rusiyada qılaq”

Mart 02
16:27 2016
"Dövlətin başı əmr edərsə axşam namazını Rusiyada qılmaq üçün yola çıxacağıq.”
 
Karabakhmedia.az bildirir ki, bu sözləri Türkiyə Ərdaxan vilayətində fəaliyyət göstərən "At minmə Mədəniyyət və İdman Klubu”nun üzvləri deyib. Klubun üzvlərindən Ümid Arabul İstanbul boğazından keçən hərbi rus gəmisinin göyərtəsində çiynində qumbaraatan tutmuş əsgərin bu hərəkətinə kəskin reaksiya bildirib.
 
"Bizlər sərhəd gözətçiləri axınçılar olaraq atlarımıza mindik və dövlətin başı əmr edərsə axşam namazını Rusiyada qılmaq üçün yola çıxacağıq.” – deyə Arabul bildirib. "Rahvan" adlı klubun sədri Murad Arabul isə rus siyasətçilərdən birinin "Türkiyəyə 4 istiqamətdən hücum edərik” sözlərinə öz etirazını bildirib.
 
"Şərqdən Ermənistandan, qərbdən Bolqarıstandan hücum edərik deyə bəyanat veriblər. buyursunlar gəlsinlər. biz hüdud gözətçiləri kimi həmişə onların yolunu gözləyuirik. Osmanlı ordusunda olduğu kimi bu dəfə ordunun istiqaməyi İrana olmaz. Burdan bir başa Rusiyaya gedərik və Allahın köməkliyi ilə axşam namazını orda qılarıq.”
 
Əsla geriyə baxmayacaqlarını deyən Murad Arabul bu millətin uşağının da qocasının da əsgər olduğunu deyib. "Bu açıqlamanı verən rus siyasətçi bizi yaşı dinləsin. Bizim millətdə nə geri baxacaq, nə qorxacaq, nə də geri addım atacaq bir insan yoxdur. On yaşlı uşağımız da axınçıdır, 100 yaşlı babamız da axınçıdır. On yaşlı uşağımız da polisdir, 100 yaşlı babamız da polisdir. On yaşlı uşağımız da əsgərdir və keşik çəkər, 100 yaşlı babamız da əsgərdir və keşik çəkər. bu dövlətin qadını da əsgərdir, uşağı da əsgərdir, milləti də əsgərdir. Bizim nəinki Rusiyadan, bütün cahandan qorxumuz yoxdur.”
 
Karabakhmedia.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook