SON XƏBƏR

Əmirullayev Əzizovla tarana gedir – Nazirin audit niyyəti meri çilədən çıxarıb

Aprel 27
12:02 2022
Azərbaycanın təhsil naziri Emin Əmurullayevlə bir sıra icra başçıları arasında konfilikt yaranıb.

Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, buna səbəb Təhsil Nazirliyinin tabeçiliyinə keçirilən uşaq baxçalarının keçmiş fəaliyyətinin yoxlanılmasıdır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin qərarı ilə dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bu prosesdən sonra təhsil nazirinin göstərişi ilə Bakının bütün rayonlarında uşaq baxçalarında ciddi yoxlamalar başlanılıb.

Yoxlamalar zamanı ciddi korrupsiya faktlarının və digər neqativ halların ortaya çıxması nazirlə paytaxt rayonlarındakı icra başçılarıyla yanaşı, həm də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov arasında gərginliyə səbəb olub.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, yoxlamaların dayandırılması üçün təhsil naziri müxtəlif səviyyələrdə təzyiqlərə məruz qalsa da geri çəkilmək niyyətində deyil.

Prosesdə nə çox narahat olan şəxslərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur ki, bütün məsuliyət onun üzərində qalır.

Çünki, söhbət on milyonlarla dövlət vəsaitinin talan olunmasından gedir.

Məlumata görə, Eldar Əzizov yoxlamalar dayandırılmasına çalışsa da buna nail ola bilməyib.

Eldar Əzizov "Emin Əmurullayevin məsuliyyətə cəlb etdirmək istədiyi baxça müdirələri həm də seçki məntəqələrinin sədrləridir” deyə onların incidilməsinin yolverilməz olduğunu əlavə edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook