SON XƏBƏR

Emin Salayev “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görülüb

İyul 15
20:23 2022
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü, həmyerlimiz Emin Salayev "Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görülüb

Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən təqdimat mərasimində həmyerlimiz, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Emin Salayev "Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub.

Mükafatı Emin Salayevə Almaniyada işgüzar səfərdə olan "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli Berlin şəhərində keçirilən tədbirdə təqdim edib.
 
 

Bu ölkədə yaşayan azərbaycanlıların və onları birləşdirən diaspor təşkilatlarının fəaliyyətindən danışan Emil Nəsirli eyni zamanda Azərbaycanın dövlətçilik tarixinə nəzər salıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasətinin uğurlu nəticələrindən danışıb.

Baş redaktor Emil Nəsirli Almaniyada yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiya olunması və digər mühüm məsələlərlə bağlı fikirlərini ifadə edərək bildirib ki, Almaniya Azərbaycanlıları Koordinasiya Şurası təkcə Almaniyada yaşayan azərbaycanlılar arasında körpü rolunu oynamır, eyni zamanda "Azərbaycanım” beynəlxalq jurnalı, digər yerli KİV vasitələri ilə, yerli tələbə və alimlərlə də sıx əlaqələr yaradır, elmi müzakirə platformaları təşkil edir. Həmçinin təşkilat Almaniya və Azərbaycan ali məktəbləri arasında yeni əlaqələrin qurulmasında da fəallıq göstərir.

Emil Nəsirli Almaniyada Azərbaycan diasporunun inkişafında və möhkəmlənməsində Emin Salayevin müstəsna xidmətlərindən danışıb, burada yaşayıb fəaliyyət göstərən həmyerlimizin fəal, konstruktiv əməkdaşlığından bəhs edib, əlaqələrimizin səmərəliliyinin artırılması ilə bağlı təklif və tövsiyələrini diqqətə çatdırıb. Baş redaktor vurğulayıb ki, Emin Salayev Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verdiyinə görə "Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib. Həmçinin Emin Salayev beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdiyi xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı roluna, Vətən müharibəsində Silahlı Qüvvələrə dəstəyə, ölkəmizin haqlı mövqeyini müdafiə edərək, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verdiyinə görə müxtəlif mükafat, fərman və təltiflərə layiq görülüb.
 


Daha sonra Emil Nəsirli Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış şanlı qələbənin diaspor quruculuğunda yeni səhifə açdığını bildirib, Almaniyadakı Azərbaycan diasporu tərəfindən bu günədək görülən işləri yüksək qiymətləndirib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb.
 


Həmyerlimiz Emin Salayev də öz növbəsində, ona təqdim olunan mükafata görə "Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə təşəkkürünü bildirib, Almaniya və Azərbaycan arasında mədəniyyət, iqtisadiyyat və digər sahələrdə münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Emin Salayev həmçinin Almaniyada diasporumuzun fəaliyyəti ilə bağlı mövcud vəziyyətdən danışıb. O, qarşıda duran vəzifələrə toxunaraq diaspor təşkilatlarımızın həyata keçirdiyi işləri qeyd edib.
 


Görüşdə "Azərbaycanım” beynəlxalq jurnalının fəxri üzvü, UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov də iştirak edib.

Görüşdə Almaniyada fəaliyyət göstərən diaspora təşkilatlarımızın nümayəndələrinin fəaliyyətləri, onların Azərbaycanın bu ölkədə təbliğ edilməsi ilə bağlı apardıqları işlər barədə danışıblar. Ötən müddət ərzində həyata keçirilmiş diaspor işi təhlil olunaraq, onun nəticələri və aktual məsələlər müzakirə edilib, 2022-ci il üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətləri, azərbaycanlıların alman cəmiyyətinə inteqrasiyası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook