SON XƏBƏR

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı araşdırma başladı

Aprel 02
09:43 2025
Sosial şəbəkələrdə Bakıdakı klinikalardan birində cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda görüntülər yayılıb.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

"Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb.

Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - mərkəzdən qeyd edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook