Əməliyyat keçirilən məşhur restoranın sahibindən açıqlama: “Bura əxlaqsızlıq yuvası deyil”
Fevral 19
14:54
2016
Bakıda Nizami rayonu M.Abbasov küçəsində yerləşən "Park Orman” restoranında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində restoranda əxlaqsız yuva saxlanması haqda məlumat vermişdik.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hazırda restoranı icarə götürdüyünü deyən sahibkar Kamal Mənsimli musavat.com-a açıqlamasında obyekti fevral ayının əvvəlində icarəyə götürdüyünü bildirdi.
Sahibkar qeyd etdi ki, obyekti icarəyə götürdüyü müddət ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən heç bir əməliyyat keçirilməyib: "Bura ailəvi restoran kimi fəaliyyət göstərir. Biz işləyən müddətdə heç bir əməliyyat olmayıb”.
K.Mənsimli daha əvvəl restoranın əxlaqsız yuva kimi fəaliyyət göstərməsindən və belə bir əməliyyatın keçirilməsindən xəbərsiz olduğunu dedi.
Qlobal.az



