Əməkdar jurnalist Nəsir Əhmədli vəfat edib
İyun 07
11:50
2022
Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.
"Report" xəbər verir ki, N.Əhmədli 80 yaşında dünyasını dəyişib.
O, ağciyər xərçəngindən əziyyət çəkirdi.
Əməkdar jurnalist doğulduğu Tovuz rayonunda dəfn olunacaq.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışırdı. "Jurnalistin nitq mədəniyyəti”, "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, "Xüsusi kurs”, "KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir.
10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.