SON XƏBƏR

Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

İyul 04
16:24 2025
Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiya Federasiyası vətəndaşlığından məhrum edilib.

Bu barədə məlumatı Oxu.Az-a açıqlamasında Elşən İbrahimov özü təsdiqləyib.

"Rusiya hökumətinin bu qərarının səbəbini nədə görürsünüz?" sualına cavabında o deyib ki, yaxın günlərdə vətənə - Azərbaycana qayıdacaq və həmin vaxt məsələ ilə bağlı açıqlama verəcək.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook