SON XƏBƏR

Elşad Hacıyev "bank müdiri"ni ifşa etdi

Mart 15
15:06 2022
Özünü bank rəhbəri kimi təqdim edən şəxs Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə vatsapdan mesaj yazaraq şəxsi məlumatlarını ələ keçirməyə çalışıb.

Qaynarinfo xəbər verir ki, Elşad Hacıyev bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, bildirib ki, özünü bank rəhbəri olaraq təqdim edən şəxs ona +229 96 90 47 35 nömrəsi ilə mesaj yazıb və kredit təklif edib:

"WhatsApp" üzərindən mənimlə yazışır. Kredit təklif edir. Nömrə feykdir. Yazı ifadəsindən aydın duyulur ki, tərcümə ilə yazır. Şəxsi məlumatları istəyir", - şöbə rəisi bildirib.

E.Hacıyev yazışmanı əks etdirən fotoları ictimailəşdirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook