Elmar Vəliyevlə əlaltıları vətəndaşın mülkünü yerlə-yeksan ediblər
Avqust 15
13:45
2017
"Mən Əliyeva İndiana Qəşəm qızı Gəncə Şəhər Nizami rayon icra başçısı Nizami Hacıyevin sərəncamı ilə 8 noyabr 2016-cı ildə 4.400 AZN ödəyərək torpaq sahəsi almışam”.
Göndərilən şikayət məktubunun müəllifi belə yazır. İ.Əliyeva qeyd edir ki, torpaq adına sənədləşdirildikdən bir neçə gün sonra həmin ərazinin başqa vətəndaşa da saxta sənədlə satıldığı məlum olub.
Göndərilən şikayət məktubunun müəllifi belə yazır. İ.Əliyeva qeyd edir ki, torpaq adına sənədləşdirildikdən bir neçə gün sonra həmin ərazinin başqa vətəndaşa da saxta sənədlə satıldığı məlum olub.
Xanım bildirir ki, 2006-cı ildə ailə quru və 10 ildir kirayə yaşayır: "İki azyaşlı övladım var. Biri 7, biri isə 5 yaşındadır. Kiçik övladım xəstədir və yeni əməliyyat olunub.
27.07.2017-ci il tarixində övladımın əməliyyat olması səbəbi ilə Bakıda olduğum müddətdə səhər saat 6-7 radələrində heç bir xəbərdarlıq edilmədən Gəncənin icra başçısı Elmar Vəliyevin əlaltısı Məharət Mustafayevin və Gəncə şəhər Nizami rayonu icra başçısı Nizami Hacıyevin tamahkarliği ilə həmin 4 sot torpaq sahəsinin hasarı özbaşınalıq göstərilərək sökülüb”.
E.Vəliyev və əlaltılarının vətəndaşların mülkiyyətini qəsb etməsi ilk hal deyil.
İ.Əliyeva deyir ki, dəfələrlə səbəbini öyrənmək üçün Nizami Hacıyevin qəbuluna getsə də, onun vətəndaşları qəbul etməyə vaxtı yoxdur:
"Hasarı yenidən tikdirdim və yenə də bir müddət sonra eyni hal təkrar oldu. Adlarını qeyd etdiyim şəxslər heç bir xəbərdarlıq göstərmədən hasarımı sökdülər.
Qeyd edim ki, həmin sahənin tikilməsinə təxmini 5000AZN xərcimiz çıxıb. Bu hal Gəncədə ilk dəfə deyil və tez-tez vətəndaşlara məxsus torpaqların hasarları qanunsuz və xəbərdarlıqsız sökülərək saxta sənədlərlə başqalarına satılır”.Vətəndaş prezidentdən, 1-ci vitse prezidentdən kömək gözləyir.
www.xalqxeber.az