Elmar Məmmədyarov Gürcüstana getdi
Fevral 18
21:49
2016
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana yola düşüb.
Virtualaz.org Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin fevralın 19-da Tbilisi şəhərində keçirilən üçtərəfli görüşündə iştirak etməkdir.
Qeyd edək ki, bu, üç ölkənin nazirlərinin bu formatda beşinci görüşü olacaq.



