Əliyevin Frans 24-ə Türk PUA-larıyla bağlı cavabı Türkiyə mediasında
Oktyabr 15
16:55
2020
"Fransız aparıcı "Neçə Türk PUA-nız var” deyə soruşdu, Əliyevin cavabı olay yaratdı”.
Xəbərdə deyilir ki, Fransız kanalına verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin pilotsuz təyyarələrinin erməni qüvvələrinə qarşı uğurunu vurğulayıb. "Neçə türk dronunuz var?" sualını Əliyev gülərək "Yetərincə var” deyə cavablandırıb və təhlükəsizlik baxımından say verməyin doğru olmadığını söyləyıb.
"İşğalçı Ermənistana qarşı apardığı mübarizədə erməni qüvvələri üzərində böyük qələbələr qazanmağa davam edən Azərbaycan Türkiyədən aldığı PUA və SİHA-larla uğur üstünə uğur qazanır. Ermənitanın işğal vəziyyətini dəyişdirən bir qabiliyyət nümayiş etdirən Türkiyə Bayraktar TB2-lərinin sayəsində döyüş meydanında bir sıra zəfərlər əldə edən Azərbaycan hər fürsətdə Türkiyə ilə həmrəy olduğunu da vurğulayır”, - daha sonra xəbərdə qeyd edilib.
Qaynarinfo xəbər verir ki, bu sözlər "Hürriyet” qəzetinin İlham Əliyevin Frans 24 kanalına verdiyi müsahibədən bəhs edən xəbərinin başlığında yer alıb.