Əlil-veteranların Masallı rayonuna istirahət turu təşkil olunub
Avqust 01
03:09
2019
"Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi” adlı eko-tur bu dəfə Masallı rayonuna təşkil olunub.
Karabakhmedia.az xəbər verir ki, Masallı rayonuna səfər edən Birliyin üzvləri olan müharibə iştirakçıları, əlil-veteranlar və onların ailə üzvləri "Təkdam Şəlaləsi” (Yardımlı) ilə tanış olublar.
Qarabağ müharibə iştirakçıları, əlil-veteranlar və onların ailə üzvləri 12 nəfərdən ibarət (4 nəfər işçi qrupu daxil) eko turçu Masallı rayonunda nahar fasiləsi etdikdən sonra "Təkdam Şəlaləsi”nə yola düşüb. Əsrarəngiz təbiət incisini görmək üçün onlar üçün təyin olunmuş nəqliyyatla təqribən 26 km-ə yaxın yol qət ediblər. Yarım saat sonra qarşılaşdıqları mənzərə isə yolun bütün yorğunluğu unutdurmağa kifayət edib. Tur zamanı Layihənin rəhbəri Növrəstə Yusifova öz maliyyə vəsaiti hesabına iştirakçılara xatirə olaraq "Azərbaycan bayrağı” həkk olunmuş papaqlar hədiyyə etdi.
Həmin ərazidə yerləşən çay evində çay dəsgahı təşkil olunub. Tur iştirakçıları şəlalənin yerləşdiyi ərazini gəzdikdən sonra yenidən Masallı rayonunda yerləşən "Masallı Otel”ə qayıtdılar. Şam yeməyi tur iştirakçıları üçün otel ərazisində yerləşən restoranda təşkil olundu.
Masa ətrafında əyləşən tur iştirakçılarına Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, Layihə çərçivəsində keçirilən turun əsas məqsədi, müharibə iştirakçıları və onların ailə üzvlərinin iqtisadi-sosial problemlərinin həlli istiqamətində istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili, şəhərdən kənar, Azərbaycan Respublıkasının regionlarında ekoloji təmiz olan təbiət qoynunda gəzintilərin təşkili, mədəni abidələr və məkanın digər mənzərəli yerlərlə də tanış olacayıq. Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısının almaq məqsədilə tibb işçisi də onları müşayət edəcək.
Nahar fasiləsindən öncə tib işçisi tur iştiraçıların səhhəti ilə maraqlanıb, onların təziqləri və şəkər xəstəliyi olan şəxslərin şəkər miqdarı ölçülərək, səhhətlərində yarana biləcək narahatlığın öncədən qarşısı alınıb. Nahar fasiləsindən sonra "Şirvan Regional QHT-lərin Resurs və Təlim” İctimai Birliyi monitorinq edərək, tur iştirakçılarına bəzi suallar verərək, onların təsuratları ilə maraqlanıb. Monitorinqdən sonra tur iştirakçıları ilə birgə xatirə şəkli çəkildi.
Bununla da "Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların təşkili” adlı Masallı rayonu üçün nəzərdə tutulan tur başa çatdı.