SON XƏBƏR

Əlibaba Məmmədov qiymət artımından TOX danişdi

Yanvar 13
11:38 2016
"Azərbaycanda bahalaşma və pul dəyişməsi birinci dəfə deyil. Bu vəziyyət bir neçə dəfə olub”.
 
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Əlibaba Məmmədov deyib. O, qeyd edib ki, Azərbaycanda ən kəskin pul dəyişimi 1961-ci ildə baş verib: "Qəfildən pul dəyişdi, 10 manat 1 manat oldu. Həmin vaxt ölkədə dəhşətli bahalaşma oldu. Amma zamanla hər şey qaydasına düşdü. İndi də belə, 3-4 ayın içində hər şey qaydasına düşəcək, darıxmayın. Bundan ötrü narahat olmağa dəyməz”.
 
Ə.Məmmədov vurğulayıb ki, insana yaşamaq üçün nə lazımdırsa o da Azərbaycanda var: "Hər şey yaxşı olacaq. Hər şeyimiz, çörəyimiz, suyumuz, qazımız var. Puldur da, dəyişib, camaat da narahat olub. Bizim xalq bir az pula hərisdir. İnsanlar öləndə özü ilə nə aparacaqlar? Dünyaya necə gəlmişiksə elə də gedəcəyik. Odur ki, panikaya uymayın. Hamısı pul qazanmaq xatirinə olunur. Bunlar nəyə lazımdır? Milləti, xalqı, prezidenti düşünmək lazımdır. Bir kişi öz ailəsini dolandıra bilmir, amma İlham Əliyev 10 milyon xalqı dolandırır. O, bizi, Azərbaycanı dünyanın hər yerində tanıtdırıb. Xalqımızın borcudur ki, ona kömək etsin”.
 
Sənətkarın sözlərinə görə, onun nə pulu var, nə də borcu: "Mənim heç zaman pulum olmayıb. Ailəmi dolandırmışam, heç nəyə də ehtiyacım olmayıb. 86 yaşım var, ayda 1000 manat alıram bəsimdir, artıq pulu neyləyirəm?!”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook