Əli Nağıyev ulu öndər Heydər Əliyevin xatirəsini andı (FOTO)
Dekabr 11
13:52
2021
Müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.


Qlobal.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.





