SON XƏBƏR

Əli Məsimli: Regionların sosial-iqtisadi inkişafında yeni nüanslar diqqət çəkir

Avqust 20
13:10 2016
«Regionların sosial-iqtisadi inkişafında yeni nüanslar diqqət çəkir». Bu fikri Milli Məclisin deputatı Əli Məsimli deyib.
 
Əli Məsimli bildirib ki, bu, həm sənaye  zonalarının yaradılması, həm də mövcud ənənəvi istehsal sahələrinin bərpası istiqamətində atılan addımlardır. Məsələn, ənənəvi istehsal sahələrinin bərpası istiqamətində Şəkidə ipəkçiliyi inkişaf etdirmək olar. Əgər bir il simvolik miqdarda barama istehsal olunurdusa, qısa müddətdə bu sahədə diqqətçəkən dərəcədə artım müşahidə olunur.
 
«Ölkədə baramaçılığın inkişafı həm yerli tələbatı qarşılamağa, həm də ixracat prosesinə başlamağa imkan verər. Bununla paralel olaraq yüngül sənayenin Mingəçevirdə də inkişaf etdirilməsi çox vacib addımlardır. İndi ekstensiv üsullardan intensiv üsullara keçməyin vaxtıdır.  Hazırda əkinə yararlı torpaqlarımızın böyük bir hissəsində  taxıl əkilir. Lakin taxılçılıqda əmək məhsuldarlığı çox aşağı səviyyədədir. Ona görə də  həm məhsuldarlığın artırılması istiqamətində işlər aparmaq, həm də pambıq, barama və digər kənd təsərrüfatı məhsullarının istehsalına diqqəti artırmaq lazımdır. Bu yöndə artıq ciddi işlərə başlanılıb»- deyə, deputat qeyd edib.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook