SON XƏBƏR

Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayət icraata götürülməyib

Avqust 13
13:11 2024
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqdim olunan sənədlər qaydasında olmadığına görə icraata götürülməyib.

Məhkəmənin hazırlıq iclası avqustun 19-dək təxirə salınıb.

Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook