SON XƏBƏR

Əli Kərimlidən şifrəli mitinq qərarı- ABŞ sükutu pozacaqmı?!

Avqust 31
23:51 2016
Bu gün AXCP sədri Əli Kərimli facebook səhifəsində mitinqlərə başlamaq haqda Milli Şuranın qərar verdiyini elan edib. Əli Kərimli statusunda yazır:
 
"Dostlar, Milli Şura mitinq qərarını verdi! İlk mitinqimiz 11 sentyabr saat 17:00-da "İnşaatçılar” metrostansiyası yaxınlığındakı "Məhsul” stadionunda keçiriləcək. Mitinq İcra Hakimiyyətilə razılaşdırılacaq. Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion "əsas” yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, "Monarxiyaya yox! Talana son!” tələb edək”!
 
Əlbəttə, uzun illərdən bəri müxalif siyasi qütbdə qərarlaşmış partiya sədrinin mitinq qərarı ilk baxışdan sadə görünə bilərdi... Ancaq mitinqin təyin edildiyi tarixə- "11 sentyabr"-a diqqət etdikdə burada ciddi və mürəkkəb siyasi proseslərin getdiyini çətinliklə də olsa sezmək olur. Adının açıqlanmağını istəməyən siyasi ekspetin məsələ ilə bağlı Qlobal.az-a verdiyi açıqlamaya görə "Əli Kərimlinin mitinq tarixinin seçiminin təsadüf olması ehtimalı sıfıra bərabərdi."
 
Ekspert daha sonra vurğulayır ki, "2001-ci ilin 11 sentyabr tarixində baş verən dəhşətli terror hadisəsindən sonra bu tarix ABŞ-da və eləcə də ABŞ-ın dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən siyasi mərkəzlərində "sükut günü" kimi qeyd olunur. Görünür, Əli Kərimli mitinq tarixini 11 sentyabra təyin etməklə ABŞ-ın "sükutunu" pozmağa çalışır. Ancaq Əli Kərimlinin təyin etdiyi mitinqin "şifrə"sini çox asanlıqla "oxuyan" ABŞ-ın siyasi dairələrinin sükutlarını pozacağına inanmıram."
 
Qeyd edək ki, Əli Kərimlinin facebook səhifəsinə sms yazaraq mitinqin 11 sentyabra təyin edilməsinin səbəbini öyrənmək istədik. Ancaq sualımız oxunsa da cavablandırılmadı.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook