Əli İnsanov partiya yaratdı: Təşkilat Komitəsində kimlər var? (Siyahı)
Noyabr 24
21:52
2019
Sabiq Səhiyyə naziri Əli İnsanovun yeni partiya yaratdığı barədə məlumatlar yayılıb.
Bu barədə Ə. İnsanov feysbuk səhifəsində məlumat paylaşıb.
Təşkilat komitəsinin üzvləri aşagıdakılardan ibarətdir:
1) Əli İnsanov-sədr
2) İsfəndiyar Vahabzadə-Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri,filologiya elmləri doktoru,professor,Moldava Respublikasının Milli Elmlər Akademiyasının həqiqi üzvü-Akademik.
3) Qalibə Budaqova-Bakı Dövlət Universitetinin sabiq əməkdaşı,Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru,Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası,Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri.
4) Mirədalət Talışxanov-Hüquqşünas,Masallı rayon Məhkəməsinin sabiq sədri,Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi.
5) Eyvaz Əliyev- Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri,Beyləqan Rayon İcra Başçısının sabiq müavini.
6) Oruc Muradov-Ukrayna Respublikası Xarkov şəhərində yaşayır,iqtisadçı, sahibkar,1988-1990-cı illərdə Xalq Hərəkatının fəal üzvlərindən biri.
7) İlqar Quliyev-Ekoloq,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı,Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri.
8) Babək Adıgözəlov- Hüquqşünas,Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü.
9) Yalçın Qəhrəmanoglu- Ukrayna Respublikası Kiyev şəhərində yaşayır,iqtisadçı mühəndis,sahibkar,Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü.
10) Əfqan Sadıqlı- jurnalist,Azel tv-nin rəhbəri.
11) Zaur Bayramoglu- Qazi.
12) Murad Muradov- İctimai fəal.
13) Rəşad Abbaslı- Mühəndis,Təşkilat Komitəsinin katibi.
14) Fərrux Binətzadə- Hüquqşünas,keçmiş polis zabiti.



