Əli Hüseynli: "Gəlir deklarasiyası olan ölkələrdə də korrupsiyanın səviyyəsi yüksəkdir"
Oktyabr 14
12:22
2022
"Azərbaycan iqtisadiyyatı 2018-ci ildən sonra aparılan islahatlar nəticəsində tam sağlamlaşmaya doğru gedir. Halbuki, gəlir deklarasiya olan ölkələr var və onlarda korrupsiyanın səviyyəsi çox yüksəkdir”.
"Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"İqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılması daha yaxşı effekt verir. Amma gəlir deklarasiyası ilə bağlı maddə də var və o, hazırlanma mərhələsindədir", - o bildirib.



