Əli Həsənovun oğlunun Mayamidəki yeni iş yeri... - Fotofakt
Oktyabr 18
13:08
2022
Azərbaycanı tərk edərək ABŞ-a köçən prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayamidə fəaliyyət göstərən "Manocherı Brothers LLC” ("Manuçeri Qardaşları”) şirkətində işə düzəlib.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Şamxal Həsənli şirkətdə satınalmalar üzrə direktor vəzifəsini icra edir.

Qeyd edək ki, hazırda ailəsilə birgə Mayamidə yaşayan Şamxal Həsənli ötən il Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Şamxal Həsənli şirkətdə satınalmalar üzrə direktor vəzifəsini icra edir.

"Manocherı Brothers LLC” şirkəti daşınmaz əmlak şirkətidir və 2021-ci ilin avqust ayında yaranıb. Yeni yaranan şirkət ABŞ-ın tanınmış daşınmaz əmlak şirkətlərindən olan "Universe Holdings”ə bağlıdır. Şirkətin sahibi olan Henri Manuçeri ABŞ-ın tanınmış daşınmaz əmlak mütəxəssislərindən biridir.
Məlumat üçün bildirək ki, Şamxal Həsənli daha əvvəl Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən "Zylberglait Group”da işləyib. Bu şirkət ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan "Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. Bu ilin əvvəlində Şamxal Həsənlinin "Marcus and Millichap” şirkətində ermənilərlə birgə işlədiyi barədə Yeniavaz.com-da məlumat verilib.
Belə görünür, bu məlumat yayıldıqdan bir müddət sonra Şamxal Həsənli iş yerini dəyişib.
Onu da bildirək ki, Şamxal Həsənli 12 iyul 2022-ci il tarixində Mayamidə yerləşən "2925 NE 190TH ST APT 106 AVENTURA, FL 33180” ünvanında "SOLIS DEVELOPMENT LLC” adlı şirkət də qeydiyyatdan keçirib.
Qlobal.az



