SON XƏBƏR

Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı qərar

Sentyabr 01
17:35 2020
Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edib. 

Qlobal.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 

Dəyişikliyə əsasən, "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook