Əli Erbaş: "Azad olunan ərazilərdə azanlar qiyamətədək oxunacaq"
Oktyabr 20
12:59
2022
"Azərbaycanı Müstəqilliyinin Bərpası Gününün 31-ci və Qarabağ zəfərinin isə ikinci ildönümü münasibətilə təbrik edirəm. Azad olunan ərazilərdə 30 ilə yaxın susdurulan azanlar qiyamətədək oxunmağa davam edəcək”.
"Report”un xəbərinə görə, bu fikirləri Türkiyə Diyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaş Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən üçüncü görüşündə çıxışı zamanı deyib.



