SON XƏBƏR

Ələsgər Məmmədli: "Analoqu olmayan özbaşınalıqdır"

Avqust 14
14:16 2016
"Natiq Cəfərlinin həbs edilməsi sadəcə anoloqu olmayan özbaşınalıq, hüquqtanımazlıqdır". 

Arqument.Az xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli deyib.

Ə.Məmmədlinin sözlərinə görə, hakimiyyətin Vətəndaş Cəmiyyəti ilə bağlı imitasiya siyasətini davam etdirməsinə belə iradəsi çatmadı: "Bu hərəkət aydın şəkildə göstərir ki, hətta bunların imitasiya etməyə belə iradələri çatmadı. Guya vətəndaş cəmiyyətinə qarşı səlib yürüşünü dayandırmışdılar. İndi bu imitasiya prosesinə qoşulan yerli və beynəlxalq qurumlar, onların "şanlı" nümayəndələri yenə utanmadan çıxıb hansı üzlə danışacaqlar?".

Qeyd edək ki, REAL-ın İcra katibi Natiq Cəfərli avqustun 13-də təxminən axşam saat 12 radələrində prokurorluğa aparılıb. 

Vəkil Cavad Cavadlı deyib ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir.
 
Nəsimi rayon Məhkəməsində Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib.

Ölkə müxalifəti isə həbsin siyasi sifariş olduğunu bəyan edib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook