SON XƏBƏR

Elektron poçtun yaradıcısı vəfat edib

Mart 07
17:40 2016
Elektron poçtun yaradıcısı kimi tanınan amerikalı proqramçı Rey Tomlinson ötən gün vəfat edib.
 
"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, ürək-damar çatışmazlığından əziyyət çəkən 75 yaşlı Tomlinson dünyada ilk dəfə olaraq 1971-ci ildə elektron məktubu göndərməyə müvəffəq olub.
 
Məlumata əsasən, @ (at-sign) simvolunun istifadəsini də vaxtı ilə məhz bu proqramçı təklif edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook