Eldəniz Səlimova görə saxlanılan Şəmsəddin Xanbabayevin sürücüsü sərbəst buraxılıb
Avqust 09
23:27
2021
Deputat Eldəniz Səlimovun işi ilə bağlı saxlanılan Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin sürücüsü sərbəst buraxılıb.
Bu barədə Lent.az-a Ş.Xanbabayevin köməkçisi məlumat verib.
O qeyd edib ki, araşdırma aparılıb, icra başçısının sürücüsünün bu işlə əlaqəsinin olmadığı məlum olub və o dərhal sərbəst buraxılıb.
Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclisdə Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.
Avqustun 3-də Milli Məclis tərəfindən deputat toxunulmazlığına xitam verilən E.Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə baş verən gün Xaçmaz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayevin sürücüsü Mənsur da polis tərəfindən saxlanılmışdı.
Şəmsəddin Xanbabayev də mətbuata açıqlamasında sürücüsünün hadisə vaxtı deputatla birlikdə həmin restoranda olduğunu təsdiqləyib: "Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Amma sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm. O restoran da burada, yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Bəli, olub orada hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim. O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm ki, o, davakar adam deyil. Sadəcə deputat restorana mənim maşınımda gedib”.