Eldar Yunusovun qızının bağçasında “ölü canlar"
Sentyabr 24
15:18
2021
Azərbaycanda bağçalar və məktəbəqədər təhsil müəssisələri İcra Hakimiyyətlərinin tabeliyinə veriləndən sonra burada olan neqativ hallar daha da dərinləşdi. Bu gün demək olar ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən bütün bağça və körpələr evi korrupsiya yuvasına çevrilib. Dövlətin ayırdığı ərzaqların satışından tutmuş "ölü canlar"a qədər korrupsiyanın çeşid-çeşid, rəngbərəng "ilmələri" toxunmaqdadır.
AzFakt.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin bu maxinasiya piramidasının başında uzun illərdən bəridir ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusov dayanır.
Məlumata görə Eldar Yunusovun Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sistemində qurduğu korrupsiya sisteminin kökləri o qədər dərindir ki, 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyənin başçısı vəzifəsinə təyin edilən Eldar Əzizov meriyada bütün vəzifəli şəxsləri işdən çıxarmağına baxmayaraq, Eldar Yunusovu işində saxladı.
Eldar Yunusovun maxinasiya mexanizminin sadə formasından biri nisbətən ucqar bağça və körpələr evində olan "ölü canlar"dır.
Uzun illərdir ki, İdarəyə rəhbərlik edən Yunusov bağça və körpələr evinin müdiri vəzifəsinin böyük əksəriyyətinə öz adamlarını yerləşdirməyi bacarıb. Bu gün hər bir belə müəssisədə ən azi 15-20 "ölü can"ın olduğu deyilir.
Məsələn, əldə etdiyimiz məlumata görə "ölü canlar"ın olduğu müəssisələrdən biri də Eldar Yunusovun qızının 4 ildir ki, müdirlik etdiyi 266 saylı körpələr evi-uşaq bağçasıdır. Fəridə Yunusovanın rəhbərlik etdiyi 266 saylı körpələr evinə tərbiyəçi və texniki işçilərlə bərabər hər gün 15-20 adamın işə gəldiyi deyilir.
Maraqlıdır ki, ştat cədvəlində bu müəssisədə 53 adamın çalışdığı deyilir. İşə gəlməyən şəxslərin maaş kartlarının kimdə olması isə məlum olmayan məsələlərdəndir.
Maraqlı məqamlardan biri isə bu bağçanın dövlətdən maliyyəşdiyi halda hər bir uşağa görə valideynlərindən pul alınmasıdır.

Qlobal.az