Eldar Sabiroğludan məhkəmədə iştirakını təsdiqləyən fotofakt
Sentyabr 26
16:24
2016
Osman Kazımov: "Məhkəmədə Eldar Sabiroğlu Heydər Əliyevin nümayəndəsi qismində iştirak edirdi”
Mərhum prezidentlər Heydər Əliyevlə Əbülfəz Elçibəy arasındakı məhkəmə prosesində H.Əliyevin vəkili kimi iştirak etdiyini bildirən professor Vaqif Şadlinski saytımıza açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunu məlum məhkəmə proseslərində görmədiyini vurğulayıb.
H.Əliyevin ictimai nümayəndəsi kimi məhkəmə prosesində iştirakının həm millət vəkili Siyavuş Novruzov, həm də professor Vaqif Şadlinski tərəfindən inkar edilməsindən sonraModerator.az-la əlaqə saxlayan E.Sabiroğlu məhkəmə prosesində iştirakını sübut edən fotofaktla çıxış edib. Həmin fotoda E.Sabiroğlunun siması tam aydın düşməsə də, şəkildəki şəxsin E.Sabiroğlu olduğu anlaşılır.
Qlobal.az

Hüquqşünas Osman Kazımov da facebook sosial şəbəkəsindəki məqalələrdən birinə yazdığı şərhdə E.Sabiroğlunun məlum məhkəmə prosesində H.Əliyevin nümayəndəsi qismində iştirak etdiyi təsdiqləyib. Həmin şərhin qısa ixtisar və O.Kazımovun özünün razılığı ilə oxuculara təqdim edirik:
"Əbülfəz Elçibəyin hüquqlarını məhkəmədə mən müdafiə etmişəm. Eldar Sabiroğlu Heydər Əliyevin nümayəndəsi qismində iştirak edirdi. Siyavuş Novruzov da nümayəndə idi. Həmin məhkəmədə vəsatət verdim ki, prosesə qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyinin əməkdaşları cəlb edilməlidir. Həmin vaxt vəsatətim rədd edildi və barəmdə Vəkillər Kollegiyasına cəzalandırılmağım üçün məktub göndərildi. Lakin sonrakı prosesdə başa düşdülər ki, vəsatətim qanunidir, rədd edilmiş vəsatəti təmin etdilər”.Qlobal.az