Eldar Mahmudovun yaxın qohumu saxlanıldı
Oktyabr 20
23:43
2015
Vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumlarının da işində yoxlama aparılır. Daxil olan məlumata görə, artıq sabiq nazirin yaxın qohumu olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov saxlanılıb.
Qlobalinfo Musavatşcom-a istinadən xəbər verir ki, Eldar Mahmudov qohumu Beytulla Hüseynovun əli ilə ölkədə telefon danışıqlarını rahat şəkildə dinləyə bilirmiş. Bu kimi səbəblərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün təxminən saat 18:00 radələrində Beytulla Hüseynovu saxlayıblar. Onun tutduğu vəzifəsindən azad ediləcəyi gözlənilir.
Qeyd edək ki, Beytulla Hüseynovun rəhbərlik etdiyi qurumda yoxlamaların aparıldığı və onun saxlanılma ehtimalının olması ilə bağlı məlumatları da ilk dəfə musavat.com ölkə ictimaiyyətinə çatdırıb.



