SON XƏBƏR

Eldar Mahmudovun adamı Əmlak Məsələləri Dövlət Xidmətində "at oynadır"

Oktyabr 02
20:08 2023
Eldar Mahmudovun keçmiş kadrı sadə vətəndaşlara divan tutmaqda davam edir

Salam hörmətli redaksiya.

Sizi İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, sabiq MTN əməkdaşı Ruslan Əliyevin qanunsuz əməlləri haqqında məlumatlandırmaq istəyirəm. Ruslan Əliyevin bütün fəaliyyəti qanunsuzluq üzərində qurulub. Belə ki, şöbə müdiri varlı, imkanlı şxəslərdən pul alaraq onların apardığı qanunsuz tikintilərə göz yumur, kasıb, sadə vətəndaşları min bir bəhanə ilə gözümçıxdıya salaraq onlardan rüşvət tələb edir. Buna nümunə olaraq Bakının Digah kəndində baş verənləri göstərmək olar. Digahda yüksək gərginliklə elektrik xətlərinin altında bir çox ev və obyekt inşa edilib ki, bunların hamısı Ruslan Əliyevin himayəçiliyi altında baş verib. Torpağın hər sotuna minimum 500 manatdan başlayaraq bir neçə min manata qədər pul tələb edən Ruslan Əliyev, şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su, qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur.

Teref.az yazır ki, bunu Nemət Yusifov adında vətəndaş saytımızın poçtuna göndərib. Nemət bəy daha sonra yazır:

Ruslan Əliyev onun qanunsuz tələbini rədd edən, ona pul vermək iqtidarında olmayan, yaxud pul vermək istəməyən şəxslərin tikililərini "qanunun aliliyi” adı altında sökür, bu yolla onlara "əzələ” nümayiş etdirir.

Onu da qeyd edək ki, Ruslan Əliyev əvvəllər Milli Təhlükəsizlik Nazirliyində çalışıb, Eldar Mahmudovun yaxın silahdaşlarından biri olub.

Ruslan Əliyev pul müqabilində Xırdalan şəhərində, Binəqədi rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında onlarla evin inşasına rəvac verib, minlərlə sakinin həyatını təhlükə altına atıb. Məhz bütün bu qanunsuz fəaliyyətin nəticəsidir ki, bu gün Ruslan Əliyevin Masazırdakı "Qurtuluş” yaşayış massivinin yaxınlığında, eləcə də Bakının müxtəlif yerlərində restoran və onlarla ticarət obyekti mövcuddur. Onun idarə etdiyi avtomobilin təxminən 250 min manat məbləğində qiyməti var ki, bu da onun heç də halal maaşla dolanmadığının ən böyük isbatıdır.

Hörmətli redaksiya!

Xahiş edirik ki, Ruslan Əliyevin fəaliyyətinin təftiş edilməsinə, bu şəxslə bağlı çoxsaylı şikayətlərin araşdırılmasına köməklik göstərəsiniz.

Şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeytini dərc etməyə hazırıq!
 
Mənbə: Teref.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook