“Eldar Mahmudovun adamı bizi gözümçıxıdya salıb” – NARAZILIQ!!!
Oktyabr 09
12:22
2023
"İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, sabiq MTN əməkdaşı Ruslan Əliyev qanunsuz əməllərlə məşğuldu”.
Məsələ ilə əlaqədar Ruslan Əliyevlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Lakin onun da mövqeyini dərc etməyə hazırıq.
Qlobal.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözlər Nemət Yusifov tərəfindən redaksiyanın elektron poçtuna göndərilmiş şikayət məktubuindandır.
Şikayətçi iddia edib ki, şöbə müdiri varlı, imkanlı şxəslərdən pul alaraq onların apardığı qanunsuz tikintilərə göz yumur. "Kasıb, sadə vətəndaşları min bir bəhanə ilə gözümçıxdıya salaraq, onlardan rüşvət tələb edir. Buna nümunə olaraq Bakının Digah kəndində baş verənləri göstərmək olar. Digahda yüksək gərginlikli elektrik xətlərinin altında bir çox ev və obyekt inşa edilib ki, bunların hamısı Ruslan Əliyevin himayəçiliyi altında baş verib. Torpağın hər sotuna minimum 500 manatdan başlayaraq bir neçə min manata qədər pul tələb edən Ruslan Əliyev, şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su, qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur”.
Şikayətçi yazır ki, Ruslan Əliyev onun qanunsuz tələbini rədd edən, ona pul vermək iqtidarında olmayan, yaxud pul vermək istəməyən şəxslərin tikililərini "qanunun aliliyi” adı altında sökür, bu yolla onlara "əzələ” nümayiş etdirir.
Nemət Yusifov yazır ki, Ruslan Əliyev əvvəllər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. "O, Eldar Mahmudovun yaxın silahdaşlarından biri olub”.
Şikayətçi bildirir ki, Ruslan Əliyev Xırdalan şəhərində, Binəqədi rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında onlarla evin inşasına rəvac verib, minlərlə sakinin həyatını təhlükə altına atıb. "Məhz bütün bu qanunsuz fəaliyyətin nəticəsidir ki, bu gün Ruslan Əliyevin Masazırdakı "Qurtuluş” yaşayış massivinin yaxınlığında, eləcə də Bakının müxtəlif yerlərində restoran və onlarla ticarət obyektləri mövcuddur. Onun idarə etdiyi avtomobilin təxminən 250 min manat qiyməti var ki, bu da onun heç də halal maaşla dolanmadığının ən böyük isbatıdır”.