SON XƏBƏR

eldar mahmudov

Yanvar 27
16:44 1982
Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ətrafında çəmbər daralmaqdadır.
 
Hüquq-mühafizə orqanları yanvar ayının 13-də Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin yaxın tərəfdaşlarından olan Emin Sadiqi, 17-də isə Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi xaricdə saxlayaraq, Azərbaycana ekstradisiya etdilər.

Bu barədə ölkə mediasında da məlumat yayıldı. 

Qeyd edək ki, ölkəyə ekstradasiya edilən Sahib Ağayev pulların yuyulmasında və iri məbləğin mənimsənilməsində ittiham olunur. Öz ortağı ilə birlikdə S.Ağayev Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb.

İstintaq S.Ağayevi 30 milyon manatın mənimsənilməsində ittiham edir. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada da ittiham edilir. E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, Eldar Mahmudovdan vaxtilə şikayətçi olmuş bir çox sahibkarlar yenidən istintaqa çağırılıblar. Bu şəxslərdən bəzilərinin hazırda sahibkarlıqla məşğul olmadığı, bəzilərinin isə ümumiyyətlə ölkə xaricində yaşadığı bildirilir. 
 
Məlumata görə, Eldar Mahmudovun bağlı aparılan istintaqa cəlb edilən şəxslərdən biri də "Avromed" şirkətinin həmtəsisçisi və baş direktoru olmuş Cavanşir Feyziyevdir. 
 
Xatırladaq ki, 2015-ci ilin oktyabr ayında Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra ondan çoxsaylı iş adamlarının şikayət etdiyi barədə məlumatlar yayıldı. Eldar Mahmudovdan şikayətçi olan iş adamlarından birinin də Cavanşir Feyziyev olduğu yazılırdı. 
 
Həmin vaxt mətbuatda yazılanlarda iddia olunurdu ki, Cavanşir Feyziyev elə ilk gündən Eldar Mahmudova qarşı ifadə verib və onun, habelə onunla yanaşı daha bir neçə iş adamının ifadəsi bugünkü mənzərənin yaranmasında müstəsna rol oynayıb.

Cavanşir Feyziyevin nədən Eldar Mahmudova qəzəbli olmasının səbəbi isə onun hər ay MTN-ə "sabitlik pulu" adı altında haqq ödəməsi ilə bağlıymış. 

Belə ki, 2011-ci ildə keçmiş MTN-nin keçirdiyi xüsusi əməliyyat zamanı Anar Mustafayev adlı şəxs müvafiq dövlət qeydiyyatından keçmədən, lisenziya almadan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək külli miqdarda, yəni 53 min manatdan artıq məbləğ dəyərində müxtəlif adda və sayda dərman preparatlarını qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək, Türkiyə və İrandan Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil edibmişlər. İstintaq-əməliyyat tədbirləri çərçivəsində Anar Mustafayevin idarə etdiyi «Mercedes-Benz» markalı avtomobilə, eləcə də yaşadığı mənzilə keçirilmiş baxış zamanı Türkiyədən və İrandan Azərbaycana qaçaq yolla gətirilmiş 163 adda 53 min manatdan artıq dəyərdə dərman preparatları aşkar edilərək götürülmüşdü.

Faktla bağlı o zaman MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmışdı və A.Mustafayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi.

Keçmiş MTN-nin keçiridiyi əməliyyatda həbs olunan Anar Mustafayevin Cavanşir Feyziyevə yaxın olduğu deyilirdi. Həmçinin, ölkəyə gətirilən dərman məhsullarının da 53 min manat yox, milyonlarla manat dəyərində olduğu vurğulanırdı.
 
Adları çəkilən şəxslər də mövqe sərgiləyə bilərlər.
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook