Eldar İbrahimov: "Dövlətlər az qala sosial şəbəkələrdən idarə olunur"
Fevral 14
12:10
2019
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Oxu.Az-ın müxbirinin suallarını cavablandırıb:
- Eldar müəllim, son günlərin ən çox müzakirə predmetinə çevrilən məsələlərindən biri də sosial şəbəkələrdir. Bununla bağlı həm mediada, həm parlamentdə, həm də elə sosial şəbəkələrin özündə ciddi müzakirələr, mübahisələr, qarşılıqlı ittihamlar yer alır. Hətta sosial şəbəkələrin bağlanması ilə bağlı radikal təkliflər də səsləndirilir. Bu, ölkəmizə, onun imicinə xələl gətirə bilərmi, Azərbaycanı yenidən hədəfə çevirərmi?
- Bu suala cavab verməzdən öncə bir neçə məqama diqqət çəkmək və ölkəmizin mövcud durumunun qısa mənzərəsini ortaya qoymaq istərdim. Çünki bu məsələləri demədən, dediyiniz məqamlara tam aydınlıq gətirmək mümkün olmaz. Əvvəla, onu deyim ki, Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz bütün sahələrdə uğur qazanıb.
Bunun nəticəsidir ki, regionun lider dövləti olan Azərbaycan istər daxili sabitliyinə, istərsə də beynəlxalq nüfuzuna görə seçilir. Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür.
Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Hər bir ölkə məhz sabitlik və təhlükəsizlik şəraitində iqtisadi potensialından səmərəli şəkildə istifadə edə və insanların rifah halının yaxşılaşması üçün davamlı tədbirlər həyata keçirə bilər. Bu mənada, müstəqil Azərbaycan özünün dinamik inkişafını məhz sabitlik və təhlükəsizlik şəraitində təmin edir.
Son 15-16 ildə respublikamızda iqtisadi məsələlərə xüsusi diqqət yetirilib, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib.
Ötən illər ərzində dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı az olub. Son 15 ildə milli iqtisadiyyatımız üç dəfədən çox artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır.
Azərbaycanın qazandığı uğurların fonunda müəyyən beynəlxalq dairələr, anti-azərbaycançı mərkəzlər və erməni lobbisi çox ciddi narahatlıq keçirir. Ona görə, vaxtaşırı olaraq bəzi qurumlar tərəfindən qərəzli qətnamələr qəbul olunur, erməni lobbisinin təsirində olan avropalı siyasətçilər ölkəmizin əleyhinə bəyanatlar verirlər.
Bütün bunlar məqsədli şəkildə həyata keçirilir ki, ölkəmizin artan beynəlxalq nüfuzuna zərbə vurulsun, dünya dövlətləri Azərbaycana etimad göstərməsinlər. Belə planlar hər zaman iflasa uğrayıb. Son vaxtlar yenə həmin qüvvələr fəallaşmağa başlayıblar. Lakin hər zaman olduğu kimi, bu dəfə də məqsədlərinə çata bilməyəcəklər.
Çox təəssüf ki, Azərbaycanda radikal müxalifət düşərgəsi həmin xarici dairələrin əlaltısıdır. Bu səbəbdən mitinq adı altında qarşıdurma yaratmaq istəyirlər. Bu gün ölkəmizdə insanlar radikallara açıq şəkildə "yox” deyərək, özünün məqsədyönlü siyasəti ilə Azərbaycanı dinamik inkişaf relsləri üzərinə çıxaran iqtidarla həmrəylik nümayiş etdirirlər. Dağıdıcı ünsürlərin düzənlədiyi hər bir tədbir cəmiyyətimizin onlara olan mənfi münasibətini növbəti dəfə açıq şəkildə ortaya qoyur. Radikal müxalifət cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir.
Qeyd etdiyim kimi, ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər, Azərbaycanda güclü xalq-hakimiyyət birliyinin formalaşması və vəhdət təşkil etməsi, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər anti-Azərbaycan, ermənipərəst dairələri həddindən çox narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu prosesdə sosial şəbəkələrin imkanlarından geniş və zərərli şəkildə istifadə olunur.
- Yəni sosial şəbəkələrin müsbət tərəfləri yoxdur?
- Hər bir yeniliyin həm müsbət, həm də mənfi tərəfləri olur. Baxır, kim bundan necə istifadə edir. Atom enerjisindən istifadə edərək elektrik stansiyaları yaratmaqla Yer kürəsini gülüstana, atom bombası yaradıb istifadə etməklə xarabalığa çevirmək olar. Sosial şəbəkələrin də üstünlükləri çoxdur. Heç kim, heç birimiz bunu inkar etmirik. Bəzən ölkələr, dövlətlər az qala sosial şəbəkələr - "Facebook”, "Twitter” üzərindən idarə olunur.
Bir çox dövlət və hökumət başçıları bu şəbəkələrdən, hesablardan çox ciddi şəkildə yararlanırlar. Məsələn, ABŞ prezidenti Donald Tramp, demək olar ki, bütün vacib qərarlarını, mesajlarını məhz "Twitter” hesabı vasitəsilə çatdırır.
Bununla belə, sosial şəbəkələrdən heç də xoş olmayan məqsədlər üçün istifadə olunur. Belə ki, ölkəmiz haqqında yalan məlumatlar yayılır, insanların şərəf və ləyaqəti təhqir olunur, dövlət adamlarına şər atılır. Hesab edirəm ki, bütün bunlar yolverilməzdir. Azərbaycan cəmiyyəti haqlı olaraq belə hallara qarşı kəskin etirazını bildirir.
Müvafiq orqanlar belə halların qarşısını almaq üçün lazımi ölçülər götürməlidir. Xüsusilə bununla bağlı qanunlarımız sərtləşdirilməli, bu qanunu pozanlar cəzalandırılmalıdırlar. Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə yalan yazmaqla insanları aldatmaq mümkün deyil.
Xalqın gözü tərəzidir və prezidentimiz İlham Əliyevin Azərbaycanın daha da güclənməsi istiqamətində gördüyü işlər vətəndaşlar tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də heç bir qüvvə ölkəmizdə vətəndaş həmrəyliyini, xalq-iqtidar birliyini sarsıda bilməz. Şübhəsiz ki, prezident İlham Əliyev xalqımızın dəstəyilə bundan sonra Azərbaycana daha böyük uğurlar qazandırmaqda davam edəcək.
Məqsəd heç də sosial şəbəkələri bağlamaq deyil. Heç kim bunu istəmir və bunu başqa səmtə yönləndirmək düzgün olmaz. Azərbaycan modern, açıq cəmiyyətdir. Ölkəmizdə söz, mətbuat azadlığı, bütün azadlıqlar tam təmin edilib və edilməkdədir. Ancaq qeyd etdiyim kimi, sosial şəbəklərdə baş alıb gedən təhqirlərin, böhtanların qarşısı alınmalıdır, bu yöndə nəzarət mexanizmləri yaradılmalı və işə salınmalıdır. Söhbət bundan gedir.
- İstərdik söhbətimizi qanun yaradıcılığı istiqamətinə yönəldək. Yaz sessiyasının başlanması ilə bağlı komitənizin ilk iclasında gündəlikdə bir neçə qanun layihəsinin olduğunu bildirmişdiniz ki, onlardan biri də qida təhlükəsizliyi ilə bağlı idi. Belə bir qanuna zərurət nədən yaranıb?
- Bəli, komitəmizin qanunvericilik işləri planının gündəmində bir neçə yeni qanun layihəsi dayanır. Onlardan biri də adını çəkdiyiniz qida təhlükəsizliyi ilə bağlı qanun layihəsidir. Bu yöndə müstəqil qanun layihəsinin hazırlanması, əvvəl komitəmizin iclasında müzakirəsi, aparılacaq fikir mübadilələrindən, təkmilləşdirmələrdən sonra isə plenar iclasa tövsiyə olunması, qəbul edilməsi gözlənilir. Hesab edirəm ki, belə bir qanun layihəsinin qəbuluna ehtiyac var.
Bu gün dünyada ən vacib, ən qlobal məsələlərdən biri ərzaq və qida təhlükəsizliyidir. Bunları təmin etmədən ölkələrin tam təhlükəsizliyindən, onların gələcək inkişafından söhbət gedə bilməz. O ölkələr, o cəmiyyətlər inkişaf yolu ilə gedə və öz ayaqları üzərində addımlaya bilər və biləcəklər ki, məhz özlərinin ərzaq və qida təhlükəzliklərini tam təmin etmiş olsunlar.
Bunlar milli təhlükəsizlik məsələsi kimi vacib bir məsələdir. Bu məsələdə ehtiyatsızlıq, düşünülməmiş qərarlar vermək və addımlar atmaq ciddi fəsadlara gətirib çıxara bilər. Bu gün qaynar qazan kimi qaynayan dünyamızda, yerləşdiyimiz coğrafiyada, məskunlaşdığımız bölgədə baş verənlərə diqqət yetirək.
Hərbi, siyasi, iqtisadi kataklizmlər, qarşıdurmalar, müharibələr, terror aktları, bunların nəticəsində minlərlə, onminlərlə, yüzminlərlə insanın qətlə yetirilməsi, ölkələrin, şəhərlərin, kənd və qəsəbələrin xarabazara çevrilməsi, milyonların Avropa qapılarında miqranta çevrilməsi, onların alçaldılması, aclıq, yoxsulluq, səfalət, qida, dərman çatışmazlığı və sair hallar gözlərimiz önündə yaşanır.
Başabəla "Ərəb baharı” inqilabının qanlı ssenariləri, Liviyada, Yəməndə, Suriyada, ondan əvvəl isə Somalidə, Əfqanıstanda, İraqda yaşananlar dəhşətli mənzərələrdir, insanlıq dramlarıdır.
Görürsünüz ki, bir çox Afrika ölkələrində, xüsusilə Somalidə, o cümlədən, son illər xarabazara çevrilən, böyük güclərin savaş, eksperiment meydanına çevrilən Yəməndə insanlar aclıqdan, səfalətdən, ərzaq, su, dərman çatışmazlığından hansı əziyyətləri çəkir, oralarda nə dəhşətlər yaşanır. Ekologiyanın korlanması, zəhərlənməsi hansı fəsadlara, xəstəliklərə gətirib çıxarır.
Bəzi qaranlıq mərkəzlər tərəfindən xalqların, dövlətlərin məhv edilməsi, onların ələ və sözəbaxan, üçüncü dünya dövlətlərinə - "banan respublikaları”na çevrilməsi üçün geni dəyişdirilmiş, mənşəyi məlum olmayan ərzaq, qida məhsulları dövriyyəyə buraxılır, istehsal və ixrac edilir. Bunlar da xalqlara, dövlətlərə qarşı böyük güc mərkəzləri tərəfindən aparılan savaşın tərkib hissəsi və deyərdim ki, daha təhlükəli, qorxulu hissəsidir. Silahla, müharibə ilə, terror aktları ilə istəklərinə nail ola bilməyəndə məhz bunlar vasitəsilə öz məqsədlərinə çatmaq daha asan və daha rahat olur.
Odur ki, belə təhlükələrdən, belə risklərdən qorunmaq üçün həm ərzaq, həm də qida təhlükəsizliyi ən vacib və ən prioritet məsələ olmalıdır. Çox sevindirici haldır ki, Azərbaycanda dövlət və hökumət rəhbərliyi səviyyəsində bu istiqamətdə addımlar atılmaqdadır. Bu gün Azərbaycan özünü bir çox ərzaq məhsulları ilə tam təmin etməkdədir. Ölkədə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərməsi və öz əhatə dairəsini genişləndirməsi əhalimizin istehlak etdiyi qidanın təhlükəsizliyinin təmin edilməsinə zəmanət verir.
Ölkədə yerli emal müəssisələri, zavod və fabriklər işə düşməklə insanlarımızı öz məhsullarımızla, xüsusilə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etməkdədirlər.
Bu gün bazarlarda, ən iri supermarketlərdə artıq geni dəyişdirilmiş məhsullara rast gəlinmir, əksəriyyət öz yerli məhsullarımızdır. Amma bu heç də arxayınlığa, durub sakitcə dayanmağa əsas vermir və verməməlidir. Bu istiqamətdə növbəti addımlar atılmalıdır. Təbii ki, hər bir addımın arxasında hüquqi baza dayanmalıdır.
Odur ki, qida təhlükəsizliyi ilə bağlı qanunun hazırlanması və qəbul olunmasını zəruri edən məqamlar da məhz bunlardır. Bu baxımdan, çox güman ki, yaz sessiyası dövründə ən azı həmin qanun layihəsinin hazırlanması və ilkin müzakirələrinin keçirilməsi mümkün olacaq.
- Bununla yanaşı, komitənin gündəmində olan məsələlərdən biri "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsidir ki, bunun ətrafında iki ildən artıqdır müzakirələr gedir...
- Bilirsiniz, hər sahədə olduğu kimi, sığorta kənd təsərrüfatında da vacib məsələlərdəndir. Bu baxımdan, əgər "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi müzakirələrə çıxarılaraq, qəbul edilərsə, müsbətə doğru addım atılmış olar, sahibkarlar, fermerlər bundan yararlanarlar.
Düzdür, belə bir qanun 2002-ci ildə qəbul olunub və bu gün də qüvvədədir. Lakin müasir dövrün tələblərinə cavab vermir və onun əsaslı surətdə təkmilləşdirilməsinə ehtiyac var. Onu da qeyd etmək lazımdır ki, bu qanun maliyyə tutumu çox olan qanunlardan hesab olunur. Belə ki, ölkəmizdə subasma hadisəsi baş verir, dolu düşür, sel, daşqın və digər neqativ təbiət halları olur. Belə olan halda sahibkarlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilər.
Hansısa fövqəladə hadisə ilə bağlı fermerlərə, sahibkarlara ziyan dəyərsə, onlar tezliklə bu ziyandan, zərərdən qurtula, öz işlərini daha yüksək səviyyədə, yüksək templə davam etdirə bilərlər. Hesab edirəm ki, yaz sessiyasında belə bir qanun layihəsinin müzakirəyə çıxarılması və qəbulu çox məqsədəuyğun olardı.
- Səhv etmiriksə, "Meliorasiya və irriqasiya haqqında” qanunla bağlı müəyyən yeniliklər gözlənilir.
- Adıçəkilən qanunun yenilənməsinə, müasir dövrün reallıqlarına cavab verməsinə ehtiyac duyulur. Hazırda belə bir qanun mövcuddur, amma onun qəbulundan 23 ilə yaxın vaxt keçir. Bu qanun birinci çağırış parlamentin dövründə qəbul edilib və 1996-cı ilin 5 iyun tarixində ulu öndər Heydər Əliyevin imzası ilə hüquqi qüvvəyə minib.
Həmin dövrdən bizi böyük zaman məsafəsi ayırır. Ötən illər ərzində digər sahələrdə olduğu kimi, bu sahədə hamımızın gözü qarşısında böyük inkişaf baş verib.

Odur ki, indi həmin sahəni tənzimləyən qanunun dövrün tələblərinə, çağırışlarına uyğun olaraq, yenilənməsinə, təkmilləşməsinə ehtiyac yaranıb. Yaz sessiyasında həmin qanunla bağlı dəyişiklikləri özündə ehtiva edən yeni qanun layihəsinin müzakirələrə təqdim edilməsi və qəbulu gözlənilir. Təbii ki, gündəmə başqa qanun layihələri gələ bilər ki, onlar da zamanı, məqamı çatanda cəmiyyətə, mediaya açıqlanacaq. İndidən nəsə demək düzgün olmaz.
Qlobal.Az