Eldar Əzizov uşaq evlərini bu şöbəyə tapşırdı: Eldar Yunusov rəsmən işsiz qaldı
Yanvar 24
12:06
2022
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin strukturu ləğv edilib. İdarənin balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi iki qurumla əvəzlənib. Ayrıca Dini qurumlarla iş şöbəsi yaradılıb.
İdarənin balansında olan 3 uşaq evi İctimai-siyasi, humanitar məsələlər şöbəsinə həvalə edilib. Şöbənin müdiri Elmin İmanovdur.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov rəsmən vəzifəsiz qalıb.

Qlobal.az