Eldar Əzizov töhmət verdi: İcra başçısı onu işdən çıxardı
Avqust 16
09:59
2021
Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini İlqar Süleymanov vəzifəsindən azad edilib.
Bununla bağlı isə icra başçısı Allahverdiyev Elxan Şamil oğlu əmr imzalayıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən ilin yayında Binəqədi qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələləri ilə bağlı nöqsanlar aşkar etmişdi. Məsələ ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da tanış olmuşdu və həmin tarixdəki açıqlamaya görə, aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilmişdi.